Narkomaniya ilə bağlı layihəyə start verilir
“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə narkomaniya aludəçiliyinin qarşısının alınması istiqamətində təşəbbüslərin dəstəklənməsi üçün “Narkomaniya:faciə və erkən ölüm” adlı növbəti layihəsinin icrasına başlayır.
Təşkilatdan verilən məlumata görə, layihədə narkomaniyadan əziyyət çəkən insanların bu bəladan xilas edilməsi üçün çıxış yollarının aranmasından, həmin şəxslərin sağlam cəmiyyətə dönməsinə dəstək olunmasından, gənclərə, yeniyetmələrə “ağ ölüm”ün fəsadlarının hansı problemlərə gətirib çıxaracağını diqqətə çatdırqmaqdan bəhs olunur.
Məlumdur ki, bu gün bəşəriyyətin qlobal problemlərindən biri də narkomaniyadır. Dünyada bu gün narkomaniyadan əziyyət çəkən insan kütləsinin sayı milyonlarla ölçülür. Ölkəmizdə də bu problemlə rast gəlinir, narkomaniya durmadan yayılmaqdadır.Bəli, dövlətimiz bu bəla ilə həmişə mübarizə aparıb. Amma sözügedən təhlükə ilə tək dövlətimiz yox, hamılıqla mübarizə aparmalıyıq.
Təşkilatdan onu da xatırladıblar ki, layihə çərçivəsində gənclərlə, tələbələrlə onlayn və əyani görüşlərin keçirlməsi, həmçinin debat, diskussiya şəkilində verilişlərin hazırlanması nəzərdə tutulub.
Layihənin icra müddəti 4 aydır.