Gürcüstan prezidenti azərbaycanlı gənclərlə görüşdü
Bugün 26 fevral tarixində Gürcüstan prezidenti Giorgi Marqvelaşivili Marneuli Mülki Məşğulluq Mərkəzində azərbaycanlı gənclərlə görüşüb.
Aktor.Az xəbər verir ki, görüşdə gənc jurnalist Xəyyam İsayev, Xocalı soyqırımına diqqət çəkərək, orada prezidentə və görüş iştirakçılarına soyqırımla bağlı qısa məlumat verib.Prezidentdən xahiş edib ki, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmş 613 nəfər Xocalı şəhidinin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin. Lakin president G. Marqvelaşivili sükut təklifini qəbul etməyərək ayağa qalxmayıb.O, Qarabağ məsələsinin Azərbaycan və Ermənistan arasında olan problem olduğunu xatırladaraq əlavə edib ki, dövlət olaraq Gürcüstan bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.
Dövlət başçısının bu cür davranışı birmənalı qarşılanmayıb. Tədbir iştirakçıları ümid ediblər ki, prezidentin mövqeyi heç də Gürcüstan hökumətinin və qardaş gürcü xalqının mövqeyi demək deyildir.