Azərbaycan məhsulları “Amazon” və “eBay”da satılacaq
Azərbaycanda istehsal olunan məhsullar ABŞ-ın məşhur elektron ticarət platformaları ilan “Amazon” və “eBay”da satışa çıxarılacaq.
Satışlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı vasitəsilə həyata keçiriləcək.
Xatırladaq ki, 2021-ci ilin yanvar ayından fəaliyyət göstərən “Azexport” portalının missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışıdır. Portal fəaliyyətdə olduğu 5 il ərzində isə 145 ölkədən 2,7 milyard ABŞ dolları dəyərində sifariş qəbul edib.