Minalarla bağlı layihəyə start verilir
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılması” adlı növbəti layihəsinin icrasına başlayır.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanovun Aktor.Az-a verdiyi məlumata görə,layihənin məqsədi Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların ailələrinə təmannasız maliyyə dəstəyinin göstərilməsi yolu ilə onların iqtisadi inteqrasiyasına nail olmaqdan, iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına və ləyaqətlə yaşamasına kömək etməkdən ibarətdir. Bunun üçün hər rayondan olan bir mina qurbanına və onun ailəsinə özlərinin işlədə biləcəkləri kiçik biznes sahəsinin yaradılması nəzərdə tutulur.
Layihənin icra müddəti 4 aydır.