Deputat BNA-nı tənqid etdi: “Pullar hara gedir?”
“Bakı Nəqliyyat Agentliyinin konsepsiyası olmalıdır, konsepsiyası yoxdur, 5-6 nəfər şəhərə düşüb, avtomobilləri gah orada, gah burada çəkir, cərimələyir. Bəsti Bağırov küçəsində Bakı Nəqliyyat Agentliyi guya layihə həyata keçirir, 50-70 metr səki yaradıblar, o yalda 10-15 maşın saxlamaq olar. Nəyə lazımdır belə səki?”Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rüfət Quliyev bildirib.
“Onu, bunu çəkməklə, cərimələməklə məsələ həll olunmur. O cərimə pulları hara gedir? Bakı Nəqliyyat Agentliyi məsələnin həlli üçün konsepsiya hazırlamalıdır. Yolu daraldır, istehkamlar qururlar, belə olmaz. Bakı Nəqliyyat Agentliyini tənqid edəndə də deyirlər ki, deputat niyə tənqid edir?!” – R.Quliyev qeyd edib.