Ana SəhifəXəbər xəttiAzMİU-nun əməkdaşı “Study UK Alumni Awards” müsabiqəsinin mükafatına layiq görülüb

AzMİU-nun əməkdaşı “Study UK Alumni Awards” müsabiqəsinin mükafatına layiq görülüb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva British Council və Böyük Britaniya səfirliyinin birgə təşkil etdiyi “Study UK Alumni Awards” müsabiqəsinin mükafatına layiq görülüb. 4 kateqoriya (“elm və tərəqqi”, “mədəniyyət və kreativlik”, “sosial fəaliyyət”, “biznes və innovasiya”) üzrə keçirilən müsabiqədə əməkdaşımız “sosial fəaliyyət” kateqoriyası üzrə təhsil sahəsində gördüyü işlərə görə mükafat qazanıb. Bu istiqamətdə Böyük Britaniya universitetləri ilə qurulan əlaqələr, həyata keçirilən layihələr əsas götürülüb.

Məlumat üçün qeyd edək ki, 2015-ci ildən keçirilən bu müsabiqə Böyük Britaniyada təhsil alan ən uğurlu məzunlar üçün nəzərdə tutulur. Türkan Əliyeva da Böyük Britaniyanın Lester Universitetinin məzunudur.

 

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments