Myatoviç Ermənistandakı cərimələr məsələsinə səsini belə çıxarmadı… – Elçin Mirzəbəyli
Ötən il Ermənistanın “Vətəndaş kodeksi”nə və “Kütləvi İnformasiya Vasitələri haqqında” qanununa müasir media tarixinin ən mürtəce əlavə və dəyişiklikləri edildi. İctimai fəaliyyətlə məşğul olan şəxslərin ünvanına səsləndirilən böhtan xarakterli məlumatlara və aşağılayıcı ifadələrə görə cərimələr 6 milyon drama (12600 ABŞ dolları) qədər artırıldı, amma Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Myatoviç səsini belə çıxarmadı…
Azərbaycanlı jurnalistlər ermənilərin mina terrorunun qurbanı olanda da, Myatoviç “dilsiz-ağızsız” minaları “günahlandırmaqla” kifayətləndi. Sanki minalar Azərbaycan ərazilərinə özləri gəlmişdilər, pay-piyada, ayaq tutub yeriyərək.
“Media haqqında” qanunla bağlı mülahizələrinə də baxırsan, bizim bəzi qoltuqlarına vaxtsız-vədəsiz “qarpız” verilənlərin iddialarının birəbir surətidir. Nə oldu, bəs bu “BOZ ləkələr”ə üzlük olacaq nƏHƏNG media mütəxəssisləri bir ara ədalət və obyektivlik rəmzi idilər? Görünür, danosşünaslıq şakərləri nəinki öhdəliklərinə, hətta “ədalət” və “obyektivlik”lə bağlı elan etdikləri və heç zaman əməl etmədikləri “prinsiplər”ə də güc gəlib…
Vallah, billah, “DUNYAnın adamları heç vaxt (bizim) dünyanın adamı olmayacaqlar…