“Bizimlə Məsləhət”də bu dəfə iç səsimizdən danışılıb – VİDEO
Azərbaycan internet televiziya məkanında bütün yaş təbəqələri üçün nəzərdə tutulan “Bizimlə Məsləhət” maarifləndirici, psixoloji verilişin ötən buraxılışda qonağı klinik psixoloq Fidan Cəbrayılova olub.
O, verilişdə “İç səsimiz” haqqında danışıb. Psixoloji məsləhətlər verərək maraqlı məqamlara toxunub.
Verilişin növbəti buraxılışı 29 yanvar saat 21:00-da olacaq. Proqramın qonağı klinik psixoloq Qənirə İsgəndərova “Asılılıq psixologiyası – Narkomaniya” mövzusu haqqında məlumat verəcək.
Xatırladaq ki, “Bizimlə Məsləhət” verilişi hər həftənin şənbə günü saat 21:00-da SUM TV-də yayımlanır.
Psixoloji cəhətdən əziyyət çəkən insanlara maarifləndirici, psixoloji məsləhətlər verən bu maraqlı verilişin informasiya dəstəyi Bakıvaxtı.az, Aktor.az xəbər portalları və İnteraktiv Media Agentliyidir.
Qeyd edək ki, verilişin müəllif və aparıcısı Teymur Bayramov, quruluşçu rejissoru və operatoru Sərvər Kamranlı, prodüserləri Xanlar Ağayev, Məhəmməd İsgəndərov, montajçısı Tima, redaktoru Teymur Həbibidir.