QHT-lərlə görüşdə beynəlxalq əlaqələr müzakirə olunub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov və Layihələrin idarəedilməsi departamentinin meneceri Ülkər Süleymanova “Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxaIq təşkilatlarda müdafiəsi və təşviqinin dəstəklənməsi” istiqaməti üzrə layihələri qalib olan QHT nümayəndərləri ilə görüş keçiriblər.
İstiqamət üzrə layihələrin təkmilləşdirilməsi mövzusunda tövsiyə xarakterli görüşdə layihələrlə bağlı əsas problemlər müzakirə olunub, QHT rəhbərlərinin fikirləri dinlənilib və layihələri ilə bağlı tövsivələr verilib.
Sonda Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov və Layihələrin idarə edilməsi üzrə meneceri Ülkər Süleymanova QHT-lərə görüşdə iştirak etdikləri üçün təşəkkür ediblər.