Daxili işlər naziri antinarkotik təbliğatı ilə bağlı cəmiyyətə müraciət edib
Daxili işlər naziri antinarkotik təbliğatı ilə bağlı cəmiyyətə müraciət edib.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatı daha məqsədyönlü davam etdirilməlidir. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Kollegiya iclasında bu istiqamətdə əsas diqqətin ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
General-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloggerlərdən daha böyük gözləntilərinin olduğunu qeyd edib.