GündəmManşetSağlıqSiyasətXəbər xətti

“Azərbaycan koronavirusla mübarizədə ön sırada yer alan dövlətlərdən biridir”

“Bu gün Azərbaycan koronavirusla mübarizədə dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə aparacaq öndə olan dövlətlərdən biridir. Bunun əsas səbəbi dövlətin vətəndaşı bu xəstəlikdən qorunması üçün ən mühüm addımların atılmasını həyata keçirməsidir. Ən başlıcası ilk zamanlarda vətəndaşların vaksinlə təmin olunmasını həyata keçirtməkdir”

Bu açıqlamanı “xalqcəbhəsi.az” saytına BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı verib.

Onun sözlərinə görə, koronavirus pandemiyası sahəsində maarifləndirmə və təbliğat işi də çox vacib rol oynayıb: “Bu maarifləndirmə işində Vətəndaş Cəmiyyəti institutları da böyük yer aldı. İndiki QHT Agenttliyi, keçmiş QHT Şurasının yüzdən artıq layihəsi həyata keçirildi. Minlərlə insan səfərbər olundu. Hətta layihə çərçivəsində aztəminatlı ailələrə, çoxuşaqlı ailələrə, imkansız ailələrə maddi, ərzaq, tibbi yardımlar olundu. Mediada, sosial şəbələlərdə, televiziyalarda hörmətli QHT sədrlərinin, nümayəndlərinin maarifləndirmə işində işitrakını gördük. Bu gün koronavirus pandemiyasının “Omicron” ştamı meydana çıxdıqdan sonra da bu infeksiyaya yoluxanların sayında dünya boyu ciddi artım müşahidə edilir. Bu gün xəstəlik real təhlükə olaraq qalmaqdadır və biz arxayın ola bilmərik. Açıqlanan son məlumatlardan belə bəlli olur ki, ötən müddət ərzində 325 milyona yaxın şəxs koronavirusa yoluxub, 5,5 milyondan artıq insan bu infeksiyadan həyatını itirib, hazırda dünyada 51 milyondan çox insan koronavirus infeksiyasının aktiv daşıyıcısıdır. Son yoluxmalarda “Omicron” ştamı dominantlıq təşkil edir. Yoluxma sayına görə dünya ölkələrinin siyahısına ABŞ, Hindistan, Braziliya, Böyük Britaniya, Fransa, Rusiya başçılıq edir, pandemiyanın endemik xarakter alması üçün Ümumdünya Səhiyyə Təşkilatı peyvəndləmə prosesinin daha sürətlə getməsinin vacibliyini bəyan edir. Lakin son vəziyyətin təhlili bu xüsusda hələ də ciddi problemlərin olduğunu üzə çıxarır. Ümumdünya Səhiyyə Təşkilatı dünya əhalisinin 70 faizinin 2022-ci ilin ortalarına qədər peyvənd olunması strategiyasını müəyyən etsə də, bu hədəfə çatmaq mümkün görünmür”.

QHT sədrinin sözlərinə görə, koronavirusla bağlı “peyvənd millətçiliyi”nin davam etməsi də problem olaraq qalmaqdadır: ”İnfeksiyanın yayılmasını şərtləndirən daha bir məqam bir çox ölkələrdə vaksinasiya prosesinin zəif olması, xüsusən də üçüncü – “buster” dozanı vurduranların sayının azlığıdır. Bundan başqa, qış tətilindən sonra pandemiyanın yeni dalğası hətta peyvəndləmə nisbəti yüksək olan ölkələri də əhatə edir. Buna səbəb gigiyenik və digər təhlükəsizlik tədbirlərinə riayət edilməməsidir. Ümumdünya Səhiyyə Təşkilatı bu fonda yaxın 6-8 həftə ərzində Avropa əhalisinin yarısından çoxunun “Omicron” ştamına yoluxacağını proqnozlaşdırır, virusa yoluxanların sayında qeydə alınan yeni rekordlar dünyanın bir çox ölkələrində səhiyyə sisteminin yüklənməsinə gətirib çıxarır. Qeyd etdiyim kimi, Azərbaycanda dünyanın bir çox ölkələri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə koronavirusla bağlı vəziyyət məqbul səviyyədədir. Ölkəmizdə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə hazırda 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10 faizi doludur, bu çox yaxşı haldır, ancaq bir daha qeyd etmək istəyirəm ki, arxayınçılıq və qoyulan qaydalara əməl edilməsə, vəziyyət pisə doğru dəyişə bilər. Ümumiyyətlə, pandemiyanın başlamasındn dərhal sonra Azərbaycanda görülən tədbirlər öz səmərəliliyini göstərir. Bundan irəli gəlir ki, Azərbaycan bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır. Real vəziyyət göstərir ki, ölkəmizdə yoluxma sayı sürətlə artarsa, bunun öhdəsindən gəlmək üçün ölkədə bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub. Sonda onu da deyim ki, bizim təşkilatın bu ilki layihəsi də sırf koronavirusla mübarizədə vətəndaşların maarifləndirilməsi istiqamətində olacaq. QHT Agentliyinin dəstəkəldiyi onlarla təşkilatlarından biriyik. Bu da o deməkdir ki, Agentlik koronavirusla mübarizəni prioritet mövzu olaraq görür”.