Azərbaycanda 31 yaşlı müəllim dəm qazından öldü
Naxçıvan Dövlət Universitetinin gənc müəllimi, 31 yaşlı İsmayıl İsmayıllı vəfat edib. Onun ötən gün axşam dəm qazından zəhərləndiyi və bu səbəbdən öldüyü bildirilir.İ. İsmayıllı Ordubadın Nüsnüs kəndində anadan olub. O, ixtisasca memar olub və universitetin memarlıq fakültəsində müəllim işləyib. Gənc müəllim subay olub.Müəllimin vəfat etdiyini universitetin memarlıq fakültəsindən saytımıza təsdiqləyiblər.Məlumatı qafqazinfo.az yayıb