Azər Allahverənov İctimai nəzarətin gücləndirilməsi barədə bu fikirləri bildirib – VİDEO
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirib.Dəyirmi masanı giriş sözü ilə açan Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin həyata keçirilməsində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib, onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb. V. Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən ictimai nəzarətin gücləndirilməsi və onun istitusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərinin vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb. Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri və icraçı direktoru, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, habelə korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri çıxış ediblər təkliflərini səsləndiriblər.
Məsələ ilə bağlı Real tv-yə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının Azər Allahverənov da öz fikirlərini bildirib.Aktor.Az onun fikirlərini təqdim edir: