AfişaGündəmManşetVideo xəbərXəbər xətti

“Bizimlə Məsləhət” yenidən efirdə – VİDEO

Azərbaycan internet televiziya məkanında bütün yaş təbəqələri üçün nəzərdə tutulan “Bizimlə Məsləhət” proqramı yenidən efirdə olacaq.
Bu barədə Aktor.az verilişin müəllif və aparıcısı Teymur Bayramov məlumat verib.
Onun sözlərinə görə, ailə-məişət, ictimai məzmunda müxtəlif mövzulara aid maarifləndirici, psixoloji proqram hər həftənin şənbə günü, saat 21:00-da SUM TV-nin efirində evlərinizin qonağı olacaq.
T.Bayramov bildirib ki, yeni sezon yanvar ayının 15-də başlayır.
Verilişin quruluşçu rejissoru və operatoru isə Sərvər Kamranlıdır.
Qeyd edək ki, verilişin informasiya dəstəyi Aktor.az, Bakıvaxtı.az xəbər portalları və İnteraktiv Media Agentliyidir.

ANONSUN LİNKİ: https://youtu.be/x7yFDxkhN7k