DünyaGündəmİdmanManşetVideo xəbərXəbər xətti

Türkiyəli futbolçu avtomobil qəzasında dünyasını dəyişdi – VİDEO

Türkiyəli futbolçu, “Konyaspor”un müdafiəçisi Əhməd Çalık avtomobil qəzasında həlak olub.27 yaşlı futbolçu Ankarada avtomobilin idarəetməsini itirərək qəza törədib və nəticədə avtomobil aşıb.

Futbolçu hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, 2020-ci ildən “Konyaspor”da çıxış edən Ə.Çalık 2017-2020-ci illərdə “Qalatasaray”ın heyətində çıxış edib və iki dəfə Türkiyə çempionu olub. Bundan başqa, o, Türkiyə kubokunun və Superkubokunun sahibi olub.