Mənzil bazarındakı bahalaşmanın səbəbi bilindi – AÇIQLAMA
Yerli və idxal olunan tikinti materiallarındakı qiymət artımına görə mənzil bazarında az da olsa bahalaşma nəzərə çarpır.Bunu əmlak eksperti Elnur Fərzəliyev deyib.Onun sözlərinə görə, tikinti materiallarında bahalaşma daha çox taxta və dam örtükləri, sement, qum qiymətlərində özünü göstərir.Ekspertin proqnozuna görə, yaxın gələcəkdə də mənzillərin qiymətində ucuzlaşma gözlənilmir.