Saatlıda qardaş qardaşı qətlə yetirdi
Dekabrın 28-i saat 15 radələrində Saatlı rayonu Qırağlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarət nəticəsində həmin gün saat 17 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Aparılmış araşdırmalarla məlum olub ki, onu qardaşı 1968-ci il təvəllüdlü Arif qətlə yetirib.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.