Azərbaycanlı kriminal avtoritet Odessada qətlə yetirilib
Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib.İnsident dekabrın 28-i Odessada “Arena” adlı bilyard klubunda baş verib.İlkin məlumata görə, Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşı Nazir Əliyevə atəş açaraq onu qətlə yetirib. Ş. Quliyev şübhəli şəxs qismində saxlanılıb.Qeyd olunur ki, Nazir Əliyev “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) əhatəsində olmuş şəxslərdəndir.