Şahin Seyidzadə Abşeron rayonunda fərdi vətəndaş qəbulu keçirib – FOTOLAR

Şahin Seyidzadə Abşeron rayonunda fərdi vətəndaş qəbulu keçirib
Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə
deputatı Şahin Seyidzadə Abşeron rayonunda fərdi vətəndaş qəbulu keçirib.
Dekabr ayının 23-də Heydər Əliyev Mərkəzində baş tutan qəbul zamanıHökməli, Qobu,
Pirəküşkül, Ceyranbatan qəsəbələrindən, Xırdalan şəhəri, Bakı şəhəri Suraxanı və
Qaradağ rayonlarından olan vətəndaşlarla fərdi qəbul həyata keçirilmişdir.
Qəbulda vətəndaşlar tərəfindən məşğulluq, sosial müdafiə, sağlamlıq, infrastruktur,
əmlak və torpaq mövzuları ətrafında müraciətlər səsləndirilmişdir.
Qəbul zamanı Millət vəkili tərəfindən bəzi məsələlər yerində həllini tapmış,
vətəndaşlar tərəfindən səsləndirilən digər problemlərin isə qısa zamanda öz həllini
tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı
barədə məlumat vermişdir.
Qobustan rayonu Çuxanlı kəndində fərdi vətəndaş qəbulu keçirildi.

 

Share: