Birinci vitse-prezident İlham Əliyevlə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Prezident İlham Əliyevin 60 illik yubileyi ilə bağlı paylaşım edib.Vurğulanır ki, prezidentin misilsiz xidməti bütün bu illər ərzində ölkəyə başçılıq edərək verdiyi qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını təmin etməyindədir.Əlavə olunur ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi böyük Missiyanın yerinə yetirilməsi də məhz prezidentin yenilməz iradəsi sayəsində mümkün oldu.
“Mən bilirəm ki, Siz həmişə öz xalqınıza inanmısınız. Məhz bu inam Sizin bütün şəxsi keyfiyyətlərinizlə birgə qazandığınız və qazanacağınız qələbələrin mənbəyidir.
Sizə ən səmimi təşəkkürlər!
Biz Sizinlə fəxr edir və Sizi çox sevirik!” – deyə, Mehriban Əliyeva fikirlərini tamamlayıb.