GündəmManşetXəbər xətti

Bakıda ağır yol-nəqliyyat hadisəsi – ölənlər var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Xəzər rayonu Mərdəkan şosesi istiqamətində yolda qeydə alınıb.Bakı şəhər sakini Rövşən Əsgərov idarə etdiyi “Jeep Grand Cherokee” markalı avtomobillə yolda hərəkət edən zaman piyadalar üçün nəzərdə tutulmayan yoldan keçən 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Zahid Kazımovu vurub. Nəticədə piyadalar aldığı xəsarətlərdən hadisə yerində ölüblər.Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb.Məlumatı apa.az yayıb.