“Bakı Metropoliteni” ölüm hadisəsi
“Bakı Metropoliteni” QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki metroda dünyasını dəyişib.Qurumdan verilən məlumata görə, 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55 dəqiqədə “Elmlər Akademiyası” stansiyasında özünü pis hiss edib.”Dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. TTY xidməti çatana qədər dünyasını dəyişib,”- deyə məlumatda qeyd olunub.