DiasporDünyaGündəmKriminalManşetXəbər xətti

Gürcüstanda Qaratəhlə kəndində atışma

Qardabani rayonunun Qaratəhlə kəndində bir nəfər gəncin avtomobilinə silahlı hücum olub.Hadisə axşam saatlarında baş verib. Yerli sakinlərin sözlərinə görə, tanımadıqları şəxs və ya şəxslər gəncin avtomobilinə silahlı hücum edərək onu avtomobildə vuraraq qaçıblar. Təcili tibbi yardım briqadası tərəfindən Rustavi Mərkəzi Xəstəxanasına çatdırılan yaralı təcili əməliyyat olunub. Klinika xəstənin vəziyyətinin ağır olduğunu bildirir. Hazırda Qaratəhlə kəndində hadisə yerində ekspert kriminalistlər işləyir, hücumun motivi məlum deyil.