GündəmİqtisadiyyatManşetSiyasətSosialXəbər xətti

“AZAL rəhbərliyi oliqarx həyatı sürür” – Nazim Bəydəmirli

Məlum olduğu kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin aviabiletləri ilə bağlı narazılıqlaır uzunmüddətdir ki, səngimir. AZAL aviabiletlərin qiymətini bu qədər narazılıqlara və şikayətlərə baxmayaraq hələ də aşağı salmayıb. Halbuki, qonşu ölkələrdə uçuşlar qat-qat aşağı qiymətədir. Maraqlıdır, AZAL bu qədər şikayətlərə baxmaraq qiymətləri niyə aşağı salmır? 

Suallımızı cavablandıran iqtisadçı-ekspert Nazim Bəydəmirli Demokrat.az-a açıqlamasında bildirib ki, AZAL qiymətləri azaltmamaqla düz edir:

“Çünki AZAL rəhbərliyi oliqarx həyat sürür. Onlar üçün qiymətin aşağı olması-olmaması vacib deyil. Bu, vətəndaşların, idarəçilərin problemidir. Ümumiyyətlə, Azərbaycanda qiymətlərlə bağlı bahaçılıq hər yerdə müşahidə olunur. Həm istehlak mallarında, həm nəqliyyat sektorunda. Xüsusən qonşu ölkələrlə AZAL-ın qiymətini müqayisə etdikdə, bahaçılıq açıq-aydın görünür. İnsanlar artıq bu məsələni anektoda çevirib. Ona görə də, mən hesab edirəm ki, AZAL-ın rəhbərliyi düz edir və qiyməti aşağı salmamaqda, həmçinin, adamları saymamaqda da haqldır. Bizim xalqa, millətə bu da azdır. O, dövlət vəsaitləri hesabına biznes qura bilər, milyardları mənimsəyə bilər. Ona “gözünün üstündə qaşın var” deyə heç kəs irad tuta bilməz. Bu barədə kifayət qədər danışılır da, yazılır da. Amma nə fayda?”.