FotoGündəmManşetSiyasətVətəndaş cəmiyyətiXəbər xətti

Qrant müsabiqəsinin qalib təşkilatları ilə müqavilələrin imzalanma mərhələsi yekunlaşır – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il kiçik qrant müsabiqəsinin qalib təşkilatları ilə müqavilələrin imzalanma mərhələsi yekunlaşır.

Bildiyiniz kimi, Agentliyin Müşahidə Şurasının “14 dekabr 2021-ci il tarixli” iclasının qərarına əsasən 415 QHT müsabiqənin qalibi elan edilmişdir.

Qaliblərlə qrant müqaviləsi bağlanması mərhələsinə 14 dekabr tarixindən başlanılmış, bu gün isə yekunlaşdırılır.

Agentliyin Layihələrin idarə olunması departamentinin əməkdaşları qısa müddətdə belə bir ağır və məsuliyyətli işin öhdəsindən gələrək qaliblərlə müvafiq qaydada qrant müqavilələrinin bağlanmasını təmin edirlər.

Qeyd edək ki, müqavilələrin bağlanması üçün ayrılan vaxt az olduğu üçün əməkdaşlar gecə saatlarına qədər, istirahət günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində çalışmış və bu mərhələni uğurla yekunlaşdırmışlar.

Məlumat üçün bildirək ki, artıq qrant müqavilələri üzrə ödənişlərin həyata keçirilməsinə də başlanılmışdır.