FotoGündəmManşetSosialVətəndaş cəmiyyətiXəbər xətti

“Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin tanıtımı” layihəsi regionlarda – FOTOLAR

Ümidli Gələcək Sosial Təşəbbüslər İB UNİCEF Azəbaycan ofisinin dəstəyilə icra etdiyi “Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin tanıtımı” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan, Ağdam, Goranboy və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzində təlimlər təşkil etmişdir.

Təlimin 20 oktyabr – 20 noyabr Uşaq Hüquqları aylığı və 25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” ərəfəsində keçirilməsində əsas məqsəd uşaqlara qarşı zorakılığın hər bir növünə bir daha diqqət çəkmək, xüsusilə qızların təhsildən kənarlaşdırılması erkən nikah, zorakılıq faktlarının aşkarlanması, erkən müdaxilə və preventiv tədbirlərin vacibliyi, zorakılıq halları ilə qarşılaşdıqda görüləcək təcili və təxirəsalınmaz fəaliyyətin icrası, yönləndirmə orqanları, təhsil müəssisələri, xəstəxanalar və xüsusilə uşaq və gənclərlə işləyən yerli qurumların birgə fəaliyyətinin əhəmiyyətini vurğulamaq idi.

Təlimdə “Zorakılığa məruz qalan uşaqlarla sosial-psixoloji reabilitasiya” və “Uşaqlara qarşı yönəlmiş zorakılığın təyini və cinsi zorakılıq” mövzularında təqdimatlarla çıxış etdilər. Təlimdə UADM-nin sosial işçi və psixoloqları, Xəzər, Ağdam, Goranboy və Sabirabad rayonu üzrə orta məktəblərin psixoloqları, icra hakimiyyətinin nümayəndələri, tibb mərkəzinin personalı və polis əməkdaşları iştirak etmişdirlər. Qeyd edilən mövzular əsasında iştirakçılarla qrup işləri edilmiş və təlimin interaktiv şəkildə keçirilməsinə müvəffəq olunmuşdur.

Sonda iştirakçılar Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin fəaliyyəti, iş prinsipləri ilə tanış edilmiş, daxil olan müraciətlərin məxfiliyinin qorunması ilə onlar ətrafında müzakirələr aparılmışdır. Həmçinin daha çox uşaq və valideynin qaynar xətt barədə məlumatlı olması məqsədilə iştirakçılara fəaliyyət göstərdikləri qurumlarda yerləşdirmələri üçün xidmətə məxsus maarifləndirici materiallar təqdim edilmişdir.