GündəmManşetMediaSosialXəbər xətti

Azərbaycanın ilk şəhid qadın jurnalistinin doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalist, “Molodyoj Azərbaycana” qəzetinin müxbiri olmuş Salatın Əziz qızı Əsgərovanın doğum günüdür.

Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçuları tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Salatın Əsgərova amansızca qətlə yetirilib. Qeyd edək ki, o, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.

Salatın Əsgərova Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

6 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.