GündəmManşetSiyasətXəbər xətti

Ağdamda traktor minaya düşdü

Ağdamın işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisində traktor tank əleyhinə minaya düşüb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, nəticədə texnikaya ciddi ziyan dəyib: “İlkin məlumata görə, sürücü xəsarət almayıb”.

Faktla bağlı araşdırma aparılır.