“Prezident Adminstasiyası QHT Dövlət Dəstəyi Agentliyi ilə çox yüksək səviyyədə əməkdaşlıq edir”
“Dünən ölkəmizdə fəaliyyət göstərən 500-ə yaxın QHT-nin qalib olmasına dair Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin açıqlamasını gördük. Buna görə təbii ki, ilk cənab Prezident İlham Əliyevə minlərlə QHT təşəkkürünü bildirir. Bildiyiniz kimi, cənab Prezidentin dekabrın 2-də QHT-lərlə bağlı verdiyi sərəncamının böyük rolu oldu”- bu açıqlamanı “Moderator.az” saytına BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, Prezidentin sərəncamından bir gün sonra Agentlik qrant müsabiqəsi elan etdi:” Prezident Adminstasiyasının ölkəmizdə fəaliyyət göstərən QHT-lərlə çox yüksək səviyyəli əlaqlərinin qurulmasını qeyd edərdim. Xüsusən Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevin. Hikmət müəllim intensiv olaraq Vətəndaş Cəmiyyətinin rəhbərləri ilə həm zoom vasitəsi ilə həm də canlı olaraq intensiv görüşlər keçirdir və mövcud problemləri müzakirə edir. Problemlərin həlli istiqamətində addımlar atır. Digər tərəfdən Agentliyin rəhbəri hörmətli Azay Quliyevin və onun müavini hörmətli Vüsal Quliyevin, Agentliyin yeni təyin edilmiş İcracı Direktoru hörmətli Aygün xanımın və Müşahidə Şurasının üzvlərinin yüksək səviyyədə fəaliyyətini qeyd edərdim. Prezidentinin 2 dekabr Fərmanından irəli gələn məsələlərə baxıldı. Fərmana uyğun olaraq Müşahidə Şurası tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsinin müvəqqəti qaydası, qrant məbləğinin müəyyən edilməsinin müvəqqəti meyarları və hər mövzu üzrə qrant məbləğinin yuxarı həddi, habelə Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılmasının müvəqqəti qaydasına dair sənəd layihələri müzakirə olunaraq təsdiq etdilər.
Daha sonra Agentliyin 2021-ci il üçün kiçik qrant müsabiqəsinin elan olunması məsələsinə baxıb, ölkəmiz üçün son dərəcə önəmli olan sahələrlə- insan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, ailə, qadın, uşaq və gender məsələləri, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təbliği, açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə, sosial və iqtisadi, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi və s. istiqamətləri əhatə edən 7 istiqamət üzrə qrant müsabiqəsinin elan edilməsi qərara alındı.” QHT sədri Niyaməddin Orduxanlının sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, bu günə qədər yaranmış mövcud problem Maliyyə Nazirliyinin yanaşmasından irəli gəlib. 20 illdən artıqdır ki, QHT sədri kimi fəaliyyət göstərirəm. Bu gün dövlətimizin güclənməsində , beynəxalq platformada Azərbaycan dövlətinin milli maraqlarının qorunmasında və ölkəmizdə ictimai nəzarətin güclənməsində QHT-lər önəmli bir institutdur. Bunu dövlət rəsmilərimiz də bilir və çox yüksək dəyərləndirir. Sonda müsabiqədə qalib olmuş bütün həmkarlarımı təbrik edirəm.”