Azərbaycanda daxili və xarici miqrasiya bu gün
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovun iştirakı ilə qeyd olunan mövzuya həsr olunmuş onlayn mətbuat konfransı keçiriləcək. Spikerlərə suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Dekabrın 8-i unudulmaz tarixlər təqvimində Beynəlxalq Miqrant Günü kimi qeyd olunur. Miqrasiya bir hadisə kimi getdikcə ictimaiyyətin diqqətini cəlb edir. Miqrasiya prosesi ilə bağlı qarşıya çıxan vəzifələrin gözlənilməzliyi, ekstremallığı və mürəkkəbliyi regionlarla ölkələr arasında əlaqələndirilmiş fəaliyyət və əməkdaşlıq tələb edir. Miqrasiya prosesi ilə bağlı vəzifələrin gözlənilməzliyi, fövqəladə və mürəkkəbliyi regionlar və ölkələr arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq tələb edir.
Ekspertlər qeyd edirlər ki, koronavirus pandemiyası ilə bağlı problemlər miqrasiya sahəsində innovasiyaların zəruriliyini aktuallaşdırıb. Karantin məhdudiyyətləri hökuməti, xüsusən də miqrasiya siyasətinin həyata keçirilməsi prosesində iştirak edən qurumları elə bir şəkildə işləməyə vadar edir ki, ölkəmizin ərazisində olan miqrantlar ciddi çətinliklərlə üzləşməsinlər və bu hal onların vəziyyətini daha da ağırlaşdırmasın. Torpaqların işğaldan azad edilməsinin Azərbaycanda daxili miqrasiyanın yeni dinamikasını formalaşdıracağı vurğulanır.
Dekabrın 15-də saat 16:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovun iştirakı ilə qeyd olunan mövzuya həsr olunmuş onlayn mətbuat konfransı keçiriləcək.
Spikerlərə suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın “Facebook” səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.