Bakıda 8 nəfərin zəhərləndiyi dönər evinin fəaliyyəti dayandırılıb
Bakıda 8 nəfərin zəhərləndiyi iddia edilən “Dönər market” dönər evinin fəaliyyəti dayandırılıb.Hazırda obyektdə satılan dönərdən analizlər götürülür.Qeyd edək ki, zəhərlənmə hadisəsi paytaxtın Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında, “28 Mall” Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib.Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır.