106 nəfər qidadan zəhərlənib
Bu ilin 9 ayı ərzində 106 nəfər qidadan zəhərlənib.Qida Təhlükəsizliyi Agentliyində bildirilib ki, 2021-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı Mərkəzi”nə müxtəlif məzmunlu 31,639 müraciət daxil olub.”Daxil olan müraciətlərdən 301-i qida zəhərlənməsi barəsində olub. Aparılan araşdırmalar nəticəsində 106 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb”, – məlumatda bildirilir.