Deputat jurnalist vəsiqəsinin test yolu ilə verilməsini təklif edib
“Jurnalistlərə dair tələblər ciddiləşdirilsin”.
Bunu Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev təklif edib ki, vəkillər test verir sonra vəkillik hüququ qazanır: “Eyni zamanda jurnalistlər də test yolu ilə vəsiqə ala bilsin. Ən azından test yolu ilə onların ilkin bilikləri yoxlanılsın. Bundan başqa ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərin media subyekti olmayacağı ilə bağlı layihədə maddə var. Amma məhkumluq üzərindən götürüləndən sonra o adam azad insan sayılır. Bu maddəni götürməliyik. Digər tərəfdən siyasi partiyalar çap mediası istisna olmaqla media subyekti yarada bilməyəcək. Amma burda bir məntiq görmürəm, çünki bütün media subyektləri informasiya yaymaqla məşğuldurlar”.