DMX yanında İctimai Şuranın təşəbbüsü ilə əcnəbi tələbələrlə növbəti görüş keçirilib
Dövlət Miqrasiya Xidməti (DMX) və Xidmət yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə Qərbi Kaspi Universitetində təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.
Tədbirdə iştirak edən Miqrasiya proseslərini tənzimləmə baş idarəsi, Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsinin baş inspektoru Ruslan Ağayev və Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi, Hüquqi təminat idarəsinin inspektoru Tural Çələbiyev Universitetin əcnəbi tələbələrin və həmin şəxslərlə iş üzrə məsul əməkdaşların suallarını ətraflı cavablandırıb, Miqrasiya Məcəlləsinin əcnəbi tələbələrlə bağlı müddəalarına dair izahatlar veriblər.
Görüşdə iştirak edən Qərbi Kaspi Universitetinin əcnəbi tələbələr üzrə baş mütəxəssisi Asim Əliyev və DMX yanında İctimai Şuranın Təhsil üzrə işçi qrupunun rəhbəri Vidadi Fətullayev, əcnəbi tələbələrlə belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər və görüşün keçirilməsinə şərait yaratdıqlarına görə həm Universitetin rəhbərliyinə, həm də görüşdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına dərin təşəkkürlərini bildiriblər.