İçməli su fasilə ilə veriləcək
Paytaxtın Nizami rayonunun bir hissəsinə içməli suyun verilişində fasilələr olacaq.
“Azərsu” ASC-dən verilən məlumata görə, buna səbəb magistral su kəmərində aparılan təmir-bərpa işləridir.
Təmir işlərinə görə 09 dekabr 2021-ci il tarixində saat 22:00-dan etibarən 10 dekabr 2021-ci il tarixdə səhər saatlarınadək Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.