Diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var – QHT sədri
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.Bunu Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova deyib.Onun sözlərinə görə, hər gün bölgələrdən bununla bağlı cəmiyyətə çoxlu sayda şikayətlər daxil olur.Səhiyyə Nazirliyindən məsələyə aydınlıq gətirilib. Qurumdan verilən məlumata görə, şəkər dərmanları Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən xəstə sayına uyğun olaraq alınır və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyində olan tibb müəssisələrinə təqdim edilir.TƏBİB-dən isə Trend-ə bildirilib ki, şəkərli diabet xəstəsinə insulin təyini Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir. Qərarla hər bir xəstə üçün vahid norma müəyyənləşib.