Vətən müharibəsi iştirakçısı olan müəllim qəfil vəfat etdi
Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib.
Bu barədə jurnalist Emil Məmmədov məlumat yayıb.
O bildirib ki, Bakı Dövlət Universitetinin məzunu olan Azad Orucov əsgəri xidmətini Murovdağda etdikdən sonra Salyan şəhər 2 saylı orta məktəbdə müəllim və təhsil şöbəsində işləyib:
“Sonralar bir müddət Rusiyada yaşayıb. Bu yaxınlarda Azərbaycana dönüb və könüllü olaraq zabit kimi Vətən müharibəsində iştirak edib”.
Onun 45 yaşında qəflətən insultdan öldüyü bildirilir.