Ağstafada orta məktəbdə bıçaqlanma
Ağstafada bıçaqlanma hadisəsi baş verib.Hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.2010-cu il təvəllüdlü Bayramov Orxan Habil oğlu döş qəfəsinin bıçaqlanması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.O, məktəbdə 5-ci sinif şagirdi olan Əli adlı şəxs tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub.Faktla bağlı araşdırmalara başlanıb.