GündəmKriminalManşetXəbər xətti

Beyləqanda polis güllələnib

Beyləqanda polis güllələnib.Belə ki, noyabrın 30-u saat 01 radələrində Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisində həmin kəndin sakini 1981-ci il təvəllüdlü Eldəniz Alışov kənd ərazisində xidmətdə olan Beyləqan rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölməsinin polis nəfərləri Mirsahib Abdullayev və Sarvan Çıraqzadənin ona yaxınlaşaraq üzərində olan qoşalülə ov tüfənginin sənədlərini tələb etdikdə Eldəniz Alışov silahın qeydiyyatsız olduğunu bildirib, polis əməkdaşları silahı təhvil verməsini tələb etdikdə isə o, Sarvan Çıraqzadənin sağ ayağına atəş açaraq xəsarət yetirib, E.Alışov ikinci dəfə atəş açmağa cəhd etdikdə polis əməkdaşları silahı onun əlindən alışlar.Hazırda cinayət işi üzrə istintaq davam edir.