Beynəlxalq Bankın vəzifəli şəxsi – Həbs edildi
Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şamaxı filialının müdir müavini Əlisultan Məmmədov, bankın əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova və Hacıalı Cavadovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Əlisultan Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Bankın digər əməkdaşları Ramin Səməndərov və Kifayət Səmədovaya isə şərti cəza verilib.
Qeyd edək ki, prokuror Əlisultan Məmmədovun 8 il, Ramin Səməndərovun 6 il, Kifayət Səmədovanın 2 il, Hacalı Cavadovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şamaxı filialının direktoru olmuş Əlisultan Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilib.
Onunla birlikdə mühakimə olunanlar da bankın əməkdaşlarıdır.
Təqsirləndirilənlər barəsində həbs qətimkan tədbiri seçilməmişdi