GündəmManşetXəbər xətti

Mingəçevirdə hərbçi bıçaqlandı

Mingəçevirdə hərbçi bıçaqlanıb.

Hadisə Energetiklər yaşayış massivində baş verib. Belə ki, səhər saatlarında 1999-cü il təvəllüdlü Şirinov İsmayıl Farizarif oğlu mübahisə zəmnində naməlum şəxs tərəfindən bıçaqlanıb. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

Bıçaqlanan şəxsin Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.