Qüdrət Həsənquliyev Madriddə beynəlxalq tədbirdə
BAXCP sədri Beynəlxalq Parlamentlər İttifaqının 143-cü assambleyasında iştirak edəcək
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində noyabrın 26-30-da Madriddə keçiriləcək Beynəlxalq Parlamentlər İttifaqının (Inter-Parliamentary Union – İPU) 143-cü assambleyasında iştirak etmək üçün İspaniyaya yola düşüb.
Qeyd edək ki, assambleyada siyasi sistemlərə ictimai etimadın azaldığının müşahidə olunduğu, qütbləşmənin dərinləşdiyi və sosial şəbəkələrdə dezinformasiyaların artdığı müasir dövrdə demokratiyanın qarşı-qarşıya qaldığı çağırışlar müzakirə olunacaq, həlli yolları axtarılacaq.