“Qarabağın bərpasına bütün xalq cəlb olunmalıdır” – Deputat
“Qarabağın bərpasına bütün xalq cəlb olunmalıdır”
Qüdrət Həsənquliyev: “Belə oduğu halda biz daha ciddi uğurlara imza ata bilərik”
“Bu gün həqiqətən də fərqli bir büdcə müzakirələri oldu. İmkan yaratdınız biz, iqtisadi siyasət komitəində həm birinci, hm də ikinci oxunuşda siyasi partiyalar olaraq məsələlərə öz münasibətimizi bildirək. Mən həm Tahir müəllimə, həm də İqtisadiyyat Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bəlkə də bu mənim uzun illər deputatlıq fəaliyyətimdə ilk dəfə idi ki, əsaslandırlmış təkliflərə çox hörmətlə yanaşıldı, konstruktiv mövqe sərgiləndi, bir çox dəyişikliklərlə bağlı təkliflər nəzərə alındı ”.
Bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi partyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib. “Mən əminəm ki, 2022-ci ilin büdcəsi də uğurla yerinə yetiriləcək, həm icra ediləcək, həm də gəlirlər təmin olunacaq”, – deyən millət vəkili bildirib ki, 2021-ci ilin 9 ayı ərzində həm vergi, həm də gömrük orqanları inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması sayəsində proqnozlardan xeyli artıq vəsait toplayıblar: “Əminəm ki, 2022-ci ilə də belə olacaq. Hesablama Palatasının rəyində bir çox mənbələr göstərilir ki, həmin mənbələrə diqqət yetirilsə proqnozları artırmaq olar. Diqqət yetirəcəyim əsas məsələlərdən biri bizim iqtisadiyyatımızın böyüməsi üçün investisiya qoyuluşunun artmasıdır. Əlbətdə, dövlət investisiya qoyur, amma xarici və yerli sahibkarlar ölkəyə investisiya qoyuluşunu artıra bilərlər. Burada ötən iclasda İtqisadiyyat Naziriyinin nümayəndəsi Samirə xanım söylədi ki, onsuz da regionlarda vergi güzəştləri nəzərdə tutulub. Amma əgər bu güzəştlər yetərli deyilsə, deməli məsələ ciddi təhlil olunmalıdır. Bəkə 5 il müddətinə bütün növ vergilərdən regionlara investisiya qoyan şirkətləri azad edək? Ola bilsin ki, regionlara investsiya qoyulmaması heç iqtisadi faktorlarla bağlı deyil, bu mülkiyyətin toxunulmazlığı ilə bağlı məsələdir. Yəni bəlkə sahibkarları narahat edən başqa səbəblər, müdaxilələr var? Bəlkə digər sahələrdə olan problemlər də çözülməlidir? Hər halda, bu məsələlər ciddi şəkildə təhlil olunmalıdır və mən hesab edirəm ki, regionların inkişafına ciddi diqqət yetirlməlidir ki, daxili miqrasiyaya son qoyulsun, yeni iş yerləri açılsın. Bundan başqa, biz görürük ki, Bakı şəhərində uzun illərdir yenidənqurma, bərpa işləri gedir və şəhər bir tikinti meydançasıdır. Bunun üçün də düşünürəm Şəhərsalma və Arxitektura Komitəsi daha təşəbbüskar ola və özləri layihələri hazırlayıb hərraclarda satışa çıxara bilər. Bu vaxt itkisinin də qarşısını alar. Yoxsa sahibkarlara deyirlər ki, sizin təklifləriniz standartlara cavab vermir, amma şəhər toz-torpağın içərisində qalır”. Millət vəkili bildirib ki, başqa bir məsələ şəffaflıqla bağlıdır: “Əlbəttə Dövlət İnvestisiya Holdinqi yaradılıb, bu istiqamətdə işər görülür. Mən, görülən işlərin üzərinə kölgə salmaq istəmirəm. Amma hamı bilir ki, Azərbaycanda dövlət şirkətləri vergidən yayınmaq üçün xərcləri şişirdirlər. Bunun qarşısı alınması üçün ictimaiyyətə bu barədə geniş məlumatlar vermək lazımdır. Mətbuatda bunlar çap olunmalı və insanlar müqayisə apara bilməlidirlər ki, misal üçün, dövlət sifarişi ilə tikilən bir kvadratmetr mənzil və ya ofis neçəyə başa gəlir. Yaxud bunu özəl şirkətlər neçəyə tikirlər. Belə olduğu təqdirdə büdcə vəsaitlərindən də kifayət qədər səmərəli istifadə olunacaq. Mən həm də onu təklif edirəm ki, o sahələrdə ki, xüsusilə də dövlət şirkətləri inhisarçıdırlar, Dövlət İnvestisiya Holdinqi orada da inhisarçılığın aradan qaldırılması isiqamətinə müəyyən addımlar atsın. Bir də vaxtilə Elman Rüstəmov da açıqlamışdı ki, əhalinin əlində böük pullar var, yəni 10 milyarda qədər vəsait evlərdə saxlanılır və s. Biz Qarabağda bərpa işlərinə başlamışıq. Məcburi köçkünlərin arasında çox zəngin insanlar var. Onlara imkan yaradılmalıdır və təkliflər verilməlidir ki, işğaldan azad edilmiş ərazilərdə istehsal və emal müəssisələri yaratsınlar, öz evlərini tiksinlər. Rusiyada, Türkiyədə, başqa xarici ölkələrdə zəngin azərbaycanlı sahibkarlar var. Onlar da Azərbaycana cəlb edilə bilər. Yəni Qarabağın bərpasına bütün xalq cəlb olunmalıdır. Belə oduğu halda biz daha ciddi uğurlara imza ata blərik”.