Məmurların oğlanları niyə gedib müharibədə döyüşmədilər? – Qazi jurnalist
“Ad çəkmək istəməzdim, amma Tağı Əhmədovun, Ziya Məmmədovun, Misir Mərdanovun və digər məmurların məgər oğlanları yoxdur? Varsa niyə gedib müharibədə döyüşmədilər? Hesab edirəm ki, onların övladlarının hərbi xidmətdə qeydiyyatda olub, özləri isə eyş- işrətlə məşğul olublar. Bu boyda hərbi xidmətə çağırış oldu, ölkədə terror hadisələri yaşandı, müharibə başladı, ancaq onlardan səs çıxmadı. Guya ki, bir-ikisi gedib hərbi komisarlığa müraciət etdi, oradan şəkil çəkdirib paylaşdı, vəssalam. Müharibə zamanı biz onları görmədik. Mən özüm 6 nəfər qazimizlə birgə II Qarabağ müharibəsində N saylı hərbi hissədə xidmətdə idim. Orada məmur, nazir balası görmədik. Onları heç gözləmirdim də. Vətən, torpaq məsələsi namus, qeyrət məsələsidir, onlar isə rüşvət, haramçılıqla böyümüş uşaqlardır”.
Bu sözləri qazi jurnalist Rey Kərimoğlu Moderator.az-a açıqlamasında bildirib.