ABŞ Saakaşvili ilə bağlı Gürcüstan rəhbərliyinə çağırış edib
ABŞ Dövlət Departamenti Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili ilə bağlı ölkə rəhbərliyinə çağırış edib.Dövlət Departamenti Gürcüstan hakimiyyətini üçüncü prezidentə ləyaqətlə və ədalətli şəkildə davranmağa və Ombudsmanın tövsiyələrinə əməl etməyə çağırıb. ABŞ Dövlət Departamenti, həmçinin Gürcüstan hakimiyyətini Saakaşvilinin ədalətli məhkəmə hüququna hörmət etməyə və onun cinayət işi üzrə məhkəmə iclaslarında iştirakını təmin etməyə çağırıb.