“Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakter daşıyır” – Hikmət Hacıyev
“Dövlət başçılarının fəaliyyəti nəticəsində Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakter daşıyır”.Bunu bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiyanın Beynəlxalq Məsələlər Şurasının birgə təşkilatçılığı ilə keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının “Azərbaycan-Rusiya strateji tərəfdaşlığı Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf və regional əməkdaşlıq perspektivlərinin vacib amili kimi” mövzusunda ilk iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.