Paşinyan hakimiyyəti qarşıdurma törətməklə nələri hədəfə alıb? – Elməddin Behbud yazır
Nikol Paşinyan hakimiyyətinin Ermənistanın Azərbaycanla cənub-şərq sərhəddində nəticəsinin öncədən proqnozlaşdırılması çətin olmayan qarşıdurma törətməklə bir neçə hədəfə çatmağı planlaşdırdığını ehtimal edə bilərik:
– R. Koçaryanın başçılıq etdiyi əsas müxalif blokunun rəsmi İrəvanı Ermənistanın milli maraqlarını Azərbaycana güzəştə getməsi ilə bağlı arqumentlərini boşa çıxarmaq, rəsmi Bakıya qarşı güc göstərməkdən çəkinmədiyini sübuta yetirmək, sayı azalmağa doğru gedən siyasi elektoratını qorumaq;
– Rusiyanın da marağında olan bölgənin kommunikasiyalarının açılmasını əngəlləmək üçün zəruri dialoq mühitinin mövcud olmadığını göstərmək;
– Bir neçə gün öncə Niderlandın Ermənistandakı səfərinin də bildirdiyi Azərbaycanın işğaldan azad etdiyi “Şuşa və ətraf ərazilərə səfər hələ oranın legitimləşdirilməsi və tanınması” deyil tezisini gücləndirmək və digər Qərb ölkələrinin də dəstəyini qazanmaq;
– Məğlubiyyət sindiromundan çıxmaq və sərhəddin kiçik hissəsində də olsa lokal üstünlük qazanmaqla daxili siyasi münasibətlərdə “sınıq rəhbər” obrazı dəyişmək;
– Fransa və digər Qərb dövlətlərinin diqqətini regiona çəkmək və Azərbaycanın Ermənistan ərazisi vasitəsi ilə (“Zəngəzur dəhlizi”) Türkiyəylə birbaşa avtomobil və dəmiryolu xətti açmasını qaçılmaz və məqbul hesab edən Rusiyanın postmüharibə dövründəki dominantlığını zəiflətmək;
– Azərbaycanın sərhədlərin delimitasiyası, demakrasiyası üzrə işə başlanılması və sülh sazişinin imzalanması ilə bağlı təzyiqlərini dəf etmək və prosesi mümkün qədər uzatmaq;
– Ermənistan cəmiyyətinin revanşist əhval ruhiyyədə olan, ölkəmizə qarşı birmənalı radikal münasibət bəsləyən hissəsinin arqumentlərini praktik olaraq təkzib və tərkisilah etmək üçün bundan sonra Azərbaycanla yalnız sülh və dialoq yolu ilə münasibətlər qurmağın alternativsizliyini göstərmək.
Amma aviasiya istisna olmaqla ağır silahların da tətbiq olunduğu bir günlük hərbi qarşıdurma Ermənistana yalnız sosial sahədə müəyyən “dividend” qazandırdı:
– Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin düşmənin şəxsi heyətinin məhv edildiyi barədə açıqlamasına və bugünkü silahlı toqquşmada 30-dan çox hərbiçi itirdiyini bildirən Ermənistanın rəsmi və qeyri-rəsmi mediasının iddiasına söykənərək Paşinyan hakimiyyətinin bundan sonra analoji cəhdlər etməklə yalnız “Yerablur” qəbiristanlığının əməkdaşlarının bir müddət məşğulluğunu təmin etməklə kifayətlənməli olacağını göstərir.
Çünki Azərbaycan 90-cı illəri artıq çoxdan geridə qoyub…
ELMƏDDİN BEHBUD