Pakistan, Banqladeş və Hindistan vətəndaşları saxlanıldı – DMX
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.
DMX-dən Aktor.Az-a verilən məlumata görə,16-19 fevral 2018-ci il tarixlərdə keçirilmiş növbəti tədbirlər zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək müvafiq yaşama icazələri almış, lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları aşkar edilmiş 11 nəfər Pakistan İslam Respublikası, 6 nəfər Banqladeş və 4 nəfər Hindistan vətəndaşı saxlanılmışdır. Həmin şəxslər gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları üçün Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilmişlər.
Hazırda onların ölkədən çıxarılmaları istiqamətində müvafiq tədbirlər həyata keçirilir.