FotoGündəmManşetSosialXəbər xətti

Minaya düşən şəxsin ölümü ilə bağlı bəzi detallar — FOTO

Minaya düşərək həlak olan Ağdam rayonu Təzəkənd kənd sakini Ağayev Zaur İsa oğlunun ölümü ilə bağlı bəzi detallar məlum olub.

APA xəbər verir ki, Zaur Ağayev işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər edərkən minaya düşüb.

Hadisə yerinə gələn mütəxəssislər mərhumun meyitinin gecə götürülməsinin qeyri-mümkün olduğunu bildiriblər. Meyit səhər saatlarında götürüləcək. Buna səbəb ərazidə mürəkkəb mina sahəsinin mövcudluğudur.