GündəmManşetSiyasətSosialXəbər xətti

Bakı-Sumqayıt yolunda yolu keçən qadını maşın vurdu

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Hüseynova Ellada Əlihüseyn qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ bazu sümüyünün və onurğanın əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.